Hadise  yenə diqqətləri üzərinə çəkə bildi
30 sentyabr 2026 11:29 (UTC +04:00)

Hadise yenə diqqətləri üzərinə çəkə bildi

0

Türkiyəli müğənni Hadise Milano moda həftəsində seçdiyi cəsarətli geyimi ilə diqqət mərkəzinə düşüb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi sentyabrın 26-da İtaliyada keçirilən "Dolce & Gabbana" moda nümayişinə qatılıb.

Hadise tədbir üçün qara rəngin üstünlük təşkil etdiyi iddialı kombin seçib. Müğənni tül detallı ətək geyinib. O, görünüşünə saçaqlı şal və qara hündürdaban ayaqqabılar əlavə edib.

Müğənni Milano moda həftəsi çərçivəsində çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə də bölüşüb. Hadisenin tədbirdə türkiyəli aktyor Kerem Bürsinlə birlikdə görüntülənməsi də diqqətdən yayınmayıb. Bildirilib ki, hər iki məşhur moda nümayişindən sonra brendin təşkil etdiyi xüsusi şam yeməyinə qatılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar