Dilan Polat Ərdoğanı   təhqir etdiyi üçün saxlanıldı
30 sentyabr 2026 15:30 (UTC +04:00)

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

0

Türkiyənin sosial media fenomeni Dilan Polat “prezidentə təhqir” ittihamı ilə saxlanılıb.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib.

Qeyd edək ki, Dilan Polat bundan əvvəl də cinayət işi çərçivəsində həbs olunub. 2023-cü il noyabrın 1-də keçirilən əməliyyatlar zamanı Dilan Polat və həyat yoldaşı Engin Polat da daxil olmaqla 24 şübhəli saxlanılmışdı. Onlar cinayət yolu ilə əldə edilən vəsaitin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittiham edilmişdi. 1 ilə yaxın həbsdə qalan cütlük məhkəmənin qərarı ilə şərti azadlığıa buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar