Qubada yeniyetmənin meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Gömürdəhnə kəndində baş verib.
Kənd sakini 15 yaşlı Seyidquliyev Zahid Malik oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Mərhumun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir.
Araşdırma aparılır.