Bərdədə gənc oğlan qətlə yetirildi  - YENİLƏNİB
30 sentyabr 2026 13:07 (UTC +04:00)

Bərdədə gənc oğlan qətlə yetirildi - YENİLƏNİB

0

Bərdədə törədilən qətllə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 26 yaşlı Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***
10:16

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Mollaəhmədli kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 30 yaşlı Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini 26 yaşlı Elnur Rüstəmovu bıçaqla öldürüb.

C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 670

Oxşar yazılar