Futbol klubunun prezidenti başından güllələndi
30 sentyabr 2026 14:32 (UTC +04:00)

Futbol klubunun prezidenti başından güllələndi

0

“Botev” futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib.

Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güllə yarasından şəxsi mülkündə ölüb.


“Botev”, 1912-ci ildə qurulan Bolqarıstanın ən qədim peşəkar futbol klublarından biridir. İki dəfə Bolqarıstan çempionatını qazanıb (1929, 1967), 11 dəfə ikinci yeri tutub və dörd dəfə Milli Kuboku qazanıb (1962, 1981, 2017, 2024).

Filipov 2025-ci ilin iyun ayında “Botev”in majoritar sahibi olub və bu ilin avqust ayında rəsmi olaraq direktorlar şurasının sədri seçilib.

“Botev” Bolqarıstan Çempionatının turnir cədvəlində altıncı yerdədir və lider “Levski”dən doqquz xal geridədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar