Yeni Moskvanın "Ximik" komandasında oynayan rusiyalı futbolçu Artyom Lıqin Tula vilayəti çempionatının tək bir oyununda 21 qol vurub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hücumçu “Devyatka”ya qarşı oyunda fərqlənib. Regional çempionatın 23-cü turunda keçirilən oyun "Ximik"in 23-0 hesablı qələbəsi ilə başa çatıb. Lıqindən əlavə Mixail Rusakov və Daniil Dobrovolski də komandanın heyətində qol vurub.
Hücumçu oyun boyu davamlı olaraq qollar vurub. Lıqin ilk qolunu ikinci, sonuncu qolunu isə 88-ci dəqiqədə vurub. O, bu çempionat mövsümündə 56 dəfə fərqlənib.
"Ximik" liqanın turnir cədvəlinə 22 oyunda 58 xalla başçılıq edir. Komanda 131 qol vurub, 13 qol buraxıb. "Devyatka" 10 xalla və 20-152 top fərqi ilə turnir cədvəlinin sonuncu pilləsindədir.