Məktəblərdə kütləvi pul yığılır iddialarına RƏSMİ MÜNASİBƏT  - YENİLƏNİB
30 sentyabr 2026 10:20 (UTC +04:00)

Məktəblərdə kütləvi pul yığılır iddialarına RƏSMİ MÜNASİBƏT - YENİLƏNİB

0

Bakı məktəblərində Müəllimlər Gününə pul yığılması ilə bağlı kütləvi iddialar yayılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xarakterli məlumatlar dərhal aidiyyəti üzrə araşdırılır və hər bir müraciətə fərdi qaydada baxılır:

"Ümumi təhsil müəssisələrində valideynlərdən və ya şagirdlərdən hər hansı formada məcburi pul vəsaitinin toplanmasına yol verilmir. Valideynlərdən müxtəlif adlar altında ödəniş tələb edilməsi ilə bağlı konkret faktlar olduğu təqdirdə, həmin məlumatların aidiyyəti qurumlara təqdim edilməsi xahiş olunur.  Vurğulayırıq ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə və şəffaflıq prinsiplərinə riayət olunması daim diqqətdə saxlanılır. Araşdırmaların nəticəsindən asılı olaraq, təsdiqini tapan pozuntularla bağlı ölçü götürülür". 

 

***

28 sentyabr, saat 14:29 

 

Bakı məktəblərində Müəllimlər Gününə pul yığılması ilə bağlı kütləvi iddialar yayılıb.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, paytaxtın bir sıra məktəblərində şagirdlərdən “müəllimlər günü” üçün 30-50, hətta 150 manat məbləğində pullar yığılır.

Səs yazıları və mesajların ekran görüntülərinin Nizami rayonu, 214 nömrəli məktəbin 7A sinfinə, Balaxanı qəsəbəsinin 259 saylı orta məktəbinin 3Ç sinfinə, Nərimanov rayonu, 200 nömrəli məktəbin 11P sinfinə, Balaxanı qəsəbəsi 69 nömrəli məktəbin 1D sinfinə, Binə qəsəbəsi 117 saylı məktəbin 6-cı sinfinə, Sumqayıt şəhəri, 15 nömrəli məktəbin 5A sinfinə, Sumqayıt şəhəri, 5 nömrəli məktəbin 6Ç sinfinə, Yeni Suraxanı qəsəbəsi 101 nömrəli məktəbin 1B sinfinə və  Hövsan qəsəbəsi 76 nömrəli məktəbin 8D sinfində aid olduğu bildirilir.

Pulların bir qismi məktəbin təmiri, bəzisi şagirdlərin iş dəftəri və kitabları, bir qismi isə 5 oktyabr – Müəllimlər Günü üçün yığıldığı bildirilir.

Sözügedən iddialarla bağlı müvafiq təhsil idarələrinə sorğu ünvanlamışıq. Lakin hələ sorğularımıza cavab verilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3344

Oxşar yazılar