Azər Qasımovun qardaşının həbsi tələb edildi - MƏHKƏMƏ
30 sentyabr 2026 18:31 (UTC +04:00)

Azər Qasımovun qardaşının həbsi tələb edildi - MƏHKƏMƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, iclasda Sultan Qasımovun anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək, işdə bəzi qanun pozuntularının olduğunu deyib və işin ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edib.

Zərərçəkənin vəkili vəsatət verərək, təqsirləndirilənin anket məlumatlarında göstərdiyi ünvandakı mənzilin artıq satıldığını qeyd edib və dəymiş ziyandan heç bir ödənişin edilmədiyini deyərək, onun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsini tələb edib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətlərin təmin olunmadığını, növbəti prosesin 13 oktyabr saat 09:30-a  təyin olunduğunu elan edib.

Qeyd edək ki, Sultan Qasımovun cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.

Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.
Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb.

Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.

Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib.

Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.

Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Əlavə edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib.2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

Onu da əlavə edək ki, Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar