Bakıda işləməyən eskalatorlar  - Xəstələr dərdini kimə desin? -VİDEO
29 sentyabr 2026 11:33 (UTC +04:00)

Bakıda işləməyən eskalatorlar - Xəstələr dərdini kimə desin? -VİDEO

0

Bakının Yusif Səfərov küçəsində, Mərkəzi Neftçilər Xəstəxanasının qarşısındakı yeraltı piyada keçidində eskalatorlar təxminən bir ildir işləmir.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, keçiddən gündəlik istifadə edən yaşlılar, xəstələr, sağlamlıq imkanları məhdud şəxslər, valideynlər və məktəblilər ciddi çətinliklə üzləşirlər.

Sakinlər bildiriblər ki, keçidin həm Mərkəzi Neftçilər Xəstəxanası, həm də Respublika Perinatal Mərkəzi istiqamətindəki eskalatorları fəaliyyətsizdir. Ayaqlarında iki endoprotez olan sakin pilləkənləri qalxıb-enərkən böyük əziyyət çəkdiyini deyib. Digər vətəndaş dializ xəstəsinin keçiddən nəfəsi çatmadan, addım-addım istifadə etdiyini bildirib.

Ərazidə bir neçə xəstəxana və təhsil müəssisəsinin yerləşməsi keçiddən istifadə edənlərin sayını artırır. Vətəndaşlardan biri qaynar xəttə müraciət etdiyini, lakin cavab ala bilmədiyini söyləyib. Agentlik təmir briqadalarının hazırda iş apardığını da bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən qeyd olunub ki, eskalatorlara mütəmadi texniki baxış keçirilir. Nasazlığı yerində aradan qaldırmaq mümkün olmadıqda ehtiyat hissəsi sifariş edilir. Hissələrin xaricdən gətirilməsi isə vaxt tələb etdiyindən eskalatorların fəaliyyətində fasilə yaranır.

Sakinlər problemin qısa müddətdə aradan qaldırılmasını istəyirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar