Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Zaqatalanın Bəhmətli kəndində anadan olan Elnur Əhmədov Rusiya-Ukrayna müharibəsində həyatını itirib.
E. Əhmədovun valideynləri vida mərasimində iştirak etmək üçün Moskva şəhərinə gediblər.
E. Əhmədov uzun müddət Moskvada yaşayıb. O, Rusiya vətəndaşı ilə evli olub, iki övladı var.