79 yaşlı  iş adamının Azərbaycandan çıxışına QADAĞA
30 sentyabr 2026 18:11 (UTC +04:00)

79 yaşlı iş adamının Azərbaycandan çıxışına QADAĞA

0

Vergi borcları olan daha bir şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Lent.az-ın xəbərinə görə, “Airlink” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 21 min manatdan çox borcu yaranıb. Lakin borclar ödənilməyib.

Buna görə Dövlət Vergi Xidməti Ərazi Vergilər Baş İdarəsi şirkətə borcların ödənilməsi ilə bağlı bildirişlər göndərib. Amma yenə də ödənişlər yerinə yetirilməyib. Son olaraq dövlət qurumu MMC-nin rəhbərinə qarşı məhkəmədə iddia qaldırıb. İddiada borclar tam ödənilənədək “Airlink” MMC-nin rəhbəri, 79 yaşlı F.Məmmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.

Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, F. Məmmədovun Azərbaycandan çıxışı rəhbəri olduğu şirkətin qeyd olunan borcları tam ödənilənədək qadağan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar