Gənc kaftar bəbirin ovunu oğurlamağa çalışdı: Özü aslanın ağzına düşdü -  VİDEO
12 iyun 2022 18:58 (UTC +04:00)

Gənc kaftar bəbirin ovunu oğurlamağa çalışdı: Özü aslanın ağzına düşdü - VİDEO

Cənubi Afrikanın Kryuqer Milli Parkındakı Sabi-Sends qoruğunda gənc kaftar onu boynundan tutan aslanla mübarizə aparıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə anını “YouTube”da yayımlanan “Latest Sightings” kanalı videoya çəkib.

Səhnə 42 yaşlı bələdçi Din Robinsonun qarşısında baş verib. “Bu, mənim bəbirin ovunu öldürməsinə baxarkən baş verib. İki kaftar ovu ondan oğurlamağa çalışarkən erkək aslan onların izinə düşüb və onlardan birini tutub”, - o deyir. Bəbir isə yaxınlıqdakı ağacın yuxarı budaqlarına çıxaraq mənzərəni seyr edib.

Robinsonun çəkdiyi kadrlardan görünür ki, şir ələ keçirdiyi kaftarı dişləri ilə tutub və onu öldürməyə çalışır. O, ovunu dişləməyə başlayanda onun necə köməyə çağırdığını eşidə bilərsiniz. Bu heyvanlar çox vaxt qrup halında hərəkət edir və aslanlara qarşı birlikdə mübarizə aparırlar. Amma bu dəfə heç bir kömək gəlmir.

Sonda şir kaftarı dişləri ilə sıxmasını bir neçə saniyəlik dayandırır və kaftar bu şansdan istifadə etməyi bacarır. O, qaçır.
 
I
 

Gənc kaftar bəbirin ovunu oğurlamağa çalışdı: Özü aslanın ağzına düşdü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5607
avatar

Oxşar yazılar