Bakıda gənclər sürücülər üçün təhlükəli vəziyyət yaradıblar.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisənin Bakı Dairəvi magistral yolunda, "Sədərək" ticarət mərkəzi yaxınlığında baş verdiyi bildirilir.
Belə ki, kimliyi bilinməyən gənclər nəqliyyatın intensiv hərəkət etdiyi yola qayalıqdan təkər buraxıblar. Yüksək sürətlə yuvarlanan təkər yolun ortasına düşüb. Bu zaman onun avtomobillərə dymək təhlükəsi yaranıb.
Daxili İşlər Nazirliyindən görüntülərlə bağlı hazırda araşdırma aparıldığı deyilib.