Robot onu hazırlayan  mühəndisi döydü   - VİDEO
17 sentyabr 2026 17:44 (UTC +04:00)

Robot onu hazırlayan mühəndisi döydü - VİDEO

0

Çində keçirilən insansı robot nümayişi zamanı gözlənilməz hadisə baş verib. Robot onu hazırlayan mühəndisə qəfil təpik atıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə təqdimat zamanı baş verib.

Robotun ilk təpik zərbəsindən sonra mühəndisin əlindəki uzaqdan idarəetmə cihazı yerə düşüb. Robot bundan sonra ikinci dəfə də mühəndisə təpik atmağa cəhd edib. Mühəndis son anda geri çəkilərək zərbədən yayınmağı bacarıb.

Hadisə zamanı mühəndisin xəsarət almadığı bildirilib.

Qısa müddət davam edən gərginlikdən sonra robot döyüş sənətlərini xatırladan salam hərəkəti edərək nümayişi başa vurub.

Baş verənlər tədbiri izləyənlər arasında təəccüb doğurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar