Əli Nağıyev
20 may 2022 18:42 (UTC +04:00)

Əli Nağıyev

10 il nazir, 5 il səfir işlədi, indi də 500 metr üzür - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq baş naziri Əli Nağıyevdən bəhs edəcəyik.

Əli Teymur oğlu Nağıyev 15 mart 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Daha sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi riyaziyyat fakültəsində təhsil alıb. 

Əli Nağıyev 1995-ci il noyabrın 12-də Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçilib.

Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

Əli Nağıyev 5 noyabr 1996-cı ildən 7 fevral 2006-cı ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində işləyib. 
 
15 may 2006-cı ildə isə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib. 5 il sonra, yəni  20 aprel 2011-ci ildə isə həmin vəzifədən azad olunub.

Əli Nağıyev ki, hakim Yeni Azərbaycan Partiyasını yaradan 91 nəfərdən biri idi. YAP-da sədr müavini olub. 


Sabiq nazir mediada az-az görünsə də bəzən maraqlı açıqlamalarıyla yadda qalıb. Məsələn, müsahibələrinin birində deyir:

“Hər gün 500 metr üzürəm. Ayda bir-iki dəfə Azərbaycanın rayonlarına gedirəm. Düşünürəm ki, xarab adamla oturub vaxtımı niyə boş yerə xərcləməliyəm?! Kimlə oturursan, 10 dəqiqədən sonra bazar söhbətinə keçir. Ona görə də, bu cür maraqlı məşğuliyyətlərlə vaxtımı keçirirəm”. 

Heydər Əliyevin hakimiyyətə gəlməsində, YAP-ın qurulmasında mühüm xidmətləri olan Əli Nağıyev hakim komandada iddialı fiqur sayılırdı. Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri postunda olarkən dəfələrlə səs-küy doğuran açıqlamalar vermişdi. Onun Təhsil Nazirliyinin ünvanına sərt çıxışı isə geniş rezonans doğurmuşdu.

Qeyd edək ki, Əli Nağıyev ailəlidir,  iki övladı var. Onun həm qızı, həm də oğlu Moskva Beynəlxalq Münasibətlər Universitetini qurtarıblar. Professordur, rus dilini bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15231
avatar

Aytəkin Cəlali

Oxşar yazılar