Marsda ilk şəhərin inşa olunacağı TARİX AÇIQLANDI
18 iyul 2021 04:14 (UTC +04:00)

Marsda ilk şəhərin inşa olunacağı TARİX AÇIQLANDI

Twitter-də öz abunəçilərinin suallarına cavab verən zaman SpaceX və Tesla şirkətlərinin CEO-su Elon Musk Mars planetində ilk insan koloniyasının yaradılacağı təqribi zamanı qeyd edib. Bu məqsədin reallaşdırılması yolunda o, raket mühərriklərinin istehsalat tempini yüksəltməyi planlaşdırır.

Lent.az xəbər verir ki, həmin mühərriklər Mars planetinə yollanmaq üçün nəzərdə tutulmuş kosmik gəmilərdə istifadə olunacaqlar.

“İldə təqribi olaraq 800-1000 ədəd raket mühərriki. Bu cür sayda raket mühərriki Marsda avtonom şəhərin inşa edilməsində yardımçı olacaq kosmik donanmanın 10 ilə yaradılmasına kifayət edəcək. Marsda şəhərin inşasına isə 20 il vaxt lazım olacaq. Çox güman ki, 2050-ci ilə kimi çatdıracağıq” - deyə Musk qeyd edib.

Qeyd edək ki, hələ bir neçə müddət əvvəl SpaceX şirkəti Texas ştatında Raptor mühərriklərinin istehsalı üçün nəzərdə tutulmuş yeni fabrikin istifadəyə verilməsini planlaşdırdığını açıqlamışdı. 

Xatırladaq ki, Raptor mühərrikləri hal hazırda Starship kosmik gəmisinin prototiplərində artıq istifadə olunurlar. Şirkətin planına əsasən, gələcəkdə Starship kosmik gəmisi planetlərarası səyahət üçün nəzərdə tutulmuş əsas nəqliyyat vasitəsi olacaq. 

# 5904
avatar

Oxşar yazılar