Əfsanəfi Ford Manta yenidən yollarda
16 mart 2021 09:38 (UTC +04:00)

Əfsanəfi Ford Manta yenidən yollarda

Opel 50 il əvvəl bazara çıxardığı əfsanəvi Manta modelini yenidən təqdim edəcək. Lent.az xarici KİV-ə istinadla bildirir ki, avtomobildə günümüzdəki elektrik enerjisi sistemi və klassik Opel Manta dizaynı görüşəcəkdir.

Opel layihənin rəsmi adını Manta GSe ElektroMOD olaraq təyin etib. Bu layihə 50 il əvvəl elektrikli nəqliyyat vasitələri sahəsində bir çox dünya rekordu qıran 1971-ci il model Elektro GT-yə həsr edilmişdir. 

Opelin rəsmi hesabından paylaşılan videoda Manta GSe ElektroMOD markanın hazırkı dizaynına sahibdir. Sözügedən ön tərəf hazırkı Mokka və Crossland modellərində yer alan dizayndır. Bu dizaynda markanın yeni LED faraları və ortasında Opel ildırım loqosu olan qara bir barmaqlıq var.

Əvvəllər GM çətiri altında olan Opel, bir müddət əvvəl PSA qrupu tərəfindən alınıb. Xatırladaq ki, bu günlərdə FCA və PSA-nın birləşməsi ilə yaranan Stellantisə məxsus bir marka halına gəlmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Oxşar yazılar