Bu funksiya telefonun enerjisini  məhv edir – İstifadə etməyin
20 iyul 2023 13:18 (UTC +04:00)

Bu funksiya telefonun enerjisini məhv edir – İstifadə etməyin

Həmişə açıq ekranın rahatlığı üçün istifadəçilər təkcə avtonomiyadan deyil, həm də bəzən ekrandan da imtina edirlər.

Lent.az xəbər verir ki, şarj etmədən uzun müddət işləmək qabiliyyəti smartfonlarda, bəlkə də ən vacib şeylərdən biridir.

Bununla belə, daha çox yeni funksionallıq tətbiq olunarsa, yük batareyaya bir o qədər çox keçir. Nəticədə telefon bəzən axşama güclə çatır.

Bunlardan biri həmişə ekrandadır (Always On Display). Bu funksiya uzun müddətdir  Android-lərdə var, lakin iPhone-larda bu yaxınlarda ortaya çıxıb. Funksiya özü faydalıdır. Ancaq bu funksiya telefonun batareyasını çox yükləyir.

“Always-on Display” funksiyasının mahiyyəti ondan ibarətdir ki, smartfon ekranında müxtəlif faydalı məlumatlar, məsələn, cari vaxt, tarix, buraxılmış zəng bildirişləri, mesajlar və ya təqvim hadisələri göstərilir. Bundan əlavə, siz  kilid ekranını fərdiləşdirə bilərsiniz.

Dizaynına görə, o, enerji istehlakını azaltmalıdır. Çünki onunla ekran qismən işıqlandırılır və ya tam ekran aktiv rejimindən fərqli olaraq, məlumatları göstərmək üçün yalnız bəzi piksellərdən istifadə edir. Halbuki reallıqda işə salındıqda batareya enerjisi gözümüzün qabağında bitir.

“DxOMark” laboratoriyası həmişə aktiv olan bu funksiyanın həm Android, həm də iPhone model smartfonlara necə təsir etdiyini sınaqdan keçirib. Nəticələr aşağıdakı kimidir:

iPhone 14 Pro Max - Həmişə Aktiv Ekran olmadan 466 saat və Həmişə Aktiv Ekran ilə 122 saat;

Google Pixel 7 Pro - 367 saat 139 saat;

Xiaomi 12S Ultra - 495 saat və 103 saat;

Galaxy S22 Ultra - 417 saat və 136 saat.

Gördüyünüz kimi, aktiv seçim ilə telefon təxminən 3-5 dəfə daha sürətli boşalır.

Həmçinin, Always-On displey nəinki batareya enerjisini azaldır, həm də ekrana zərər verir.

# 4530
avatar

Sevinc Fərid

Oxşar yazılar