Elm və təhsil naziri Emin Əmrullayev
08 sentyabr 2026 12:53 (UTC +04:00)

Elm və təhsil naziri Emin Əmrullayev

Dərsliyə yenilik edəndə cəmiyyət bunu təhqir kimi qəbul edir - Nazir

0

Buraxılış və qəbul imtahanlarında oxu bacarıqlarına daha çox yer verilməsi yeni-yeni tətbiq olunmağa başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, məhz bu prosesdən sonra nəticələrin yaxşılaşdığı görünür: "Biz dərsliklərimizdə dil qaydalarının üzərində işləyirik. Təhsil sistemimizi imtahan yönümlü deyil, imtahan məzmunlu hesab edirik. Bizim heç bir pedaqoji müəssisəmizdə oxu ayrıca fənn kimi tədris olunmur. Biz bunu ayrıca sahə kimi qəbul etmirik. Azərbaycan şairlərinin şeirlərini oxumaq oxu savadlılığı deyil, bu, ayrıca bir istiqamətdir. Dərsliyə hər hansı yeniliyi daxil edəndə cəmiyyət bunu bəzən özünə qarşı təhqir kimi qəbul edir. Çünki hazırkı uşaqlar oxu dərsliyi ilə tanış olmayıblar”.

Nazir sonda qeyd edib ki, Azərbaycan dili ilə bağlı problem yoxdur. Belə ki, dil bilikləri ilə oxu savadlılığı bir-birindən fərqli sahələrdir və bunları qarışdırmamaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar