Zaqatalaya yarım metrdən  çox qar yağıb
21 fevral 2025 10:53 (UTC +04:00)

Zaqatalaya yarım metrdən çox qar yağıb

Ən çox qar yağan ərazilər açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4518

Oxşar yazılar