Xaçmaz rayonuna 2 milyon manat ayrıldı
23 iyul 2013 19:06 (UTC +04:00)

Xaçmaz rayonuna 2 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat    fondundan 2 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar