TQDK sədri vətəndaşlarla görüşəcək
04 iyun 2013 11:38 (UTC +04:00)

TQDK sədri vətəndaşlarla görüşəcək

TQDK sədri Məleykə Abbaszadə iyunun 12-də  Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

TQDK sədrinin qəbulunda Mingəçevir və  Yevlax sakinləri ilə yanaşı, Kəlbəcər və Xocalı rayonlarından olan məcburi köçkünlər də iştirak edə bilərlər. 

M. Abbaszadə ilə görüşdə iştirak etmək istəyənlər Xocalı və Kəlbəcər rayonları üzrə iyunun 8-də Goranboy rayon təhsil şöbəsində və TQDK-nın Gəncə regional bölməsində, Mingəçevir şəhəri üzrə iyunun 10-da şəhər təhsil şöbəsində,  Yevlax rayonu üzrə isə iyunun 11-də rayon təhsil şöbəsində qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar