Temperatur 40 dərəcəyə çatacaq
09 iyul 2013 12:42 (UTC +04:00)

Temperatur 40 dərəcəyə çatacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti 10-11 iyulda gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyulun 10-da da Bakıda və Abşeron yarımadasında hava şəraiti  dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal  küləyi əsəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq .

 

İyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi əvəz olunacaq. Temperatur gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq.

 

 

Azərbaycanın rayonlarına gəlincə, iyulun 10-da rayonlarda hava şəraitinin  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda gecə 12-17- dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

 

İyulun 11-də rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Temperatur Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda 13-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar