Şüşə qırığı, dəmir parçası, yemək artığı... - REPORTAJ
03 iyul 2013 16:00 (UTC +04:00)

Şüşə qırığı, dəmir parçası, yemək artığı... - REPORTAJ

 

Yay indi başlayır. Çimərliyə gələnlər hələ azdır. Xüsusi ilə "pulsuz" hissəsinə. Gələnlərin çoxu isə uşaqdır.

Çimərliyin o hissəsində ki, insanlar günəşin altında qaralmalı, paltar dəyişməli, yeyib-içməlidirlər, orda hər cür tullantı, şüşə qırıqları, dəmir parçaları, yemək artığı, taxta-şalban, beton hissələri atılıb.

Dəniz mənə daha çox təmizkar göründü insanlardan. Dalğalı olsa belə, suyu təmiz və parlaqdı.

"Sovet vaxtı buralar çox təmiz olub" - dedi, əlli yaşlı istirahətə gələn Bakı sakini.

Fotolardan göründüyü kimi çimərliyin "pulsuz" hissəsi ortadan iki hissəyə bölünüb, hasarlanır. İndi hasarın hər iki hissəsində çimməyə imkan var.

Sabah isə bilmək olmaz.

 

Elvin Bayramlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1784
avatar

Oxşar yazılar