Qənirə Paşayeva və Arzu Bağırova Aprel şəhidlərinin ailələrini ziyarət edib
20 iyul 2018 17:08 (UTC +04:00)

Qənirə Paşayeva və Arzu Bağırova Aprel şəhidlərinin ailələrini ziyarət edib

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova ilə Masallıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət edib

 

Lent.az-ın məlumatına görə, Güllütəpə kəndində qəhrəman şəhidimiz Firdovsi Bağırzadənin ailəsini, Viləş (Kalinovka) kəndində qəhrəman şəhidimiz Nurlan Əsgərovun ailəsini ziyarət zamanı millət vəkili Q.Paşayeva deyib ki, şəhidlərimiz kimi, onların ana-ataları, ailə üzvləri də bizim üçün çox qiymətlidir.

 

Millət vəkili Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq, belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib. Ali Baş Komandan, Prezident İlham Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını dilə gətirib.

 

Millət vəkili  “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər ediblər, qayğıları ilə maraqlanıblar və hər zaman yanınızdayıq deyiblər. Onlar bildiriblər ki, şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının borcudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar