Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də vətəndaşları qəbul edəcək. Lent.az-ın məlumatına görə, nazir Lənkəranda Astara, Lənkəran, Cəlilabad, Lerik, Masallı, Yardımlı sakinlərinin müraciət və şikayətlərini dinləyəcək.
Səhiyyə naziri Oqtay Şirəliyevin də vətəndaşlarla görüşü nəzərdə tutulub. Belə ki nazir sentyabrın 20-də Göygöldə Göygöl, Gəncə, Tovuz, Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Samux, Naftalan, Kəlbəcər sakinləri iştirak edə biləcəklər.