Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1490.8 min nəfər olub. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Onlardan 894,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596,2 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 22,8 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Muzdla çalışan işçilərin sayı açıqlandı - STATİSİTKA
473