MTRŞ sədri müğənnilərin qarşılıqlı təhqirlərindən danışdı
21 noyabr 2014 17:09 (UTC +04:00)

MTRŞ sədri müğənnilərin qarşılıqlı təhqirlərindən danışdı

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli son zamanlar telekanallarda müğənnilər tərəfindən səslənən qarşılıqlı təhqirlərə münasibət bildirib. Şura sədri Lent.az-a açıqlamasında deyib ki, hüquqi baxımdan MTRŞ bu cür verilişlərin əleyhinədir: “Biz çox istərdik ki, kommersiya xarakterli olub-olmamasından asılı olmayaraq, Azərbaycanda bütün televiziya kanalları yüksək keyfiyyətli, milli-mənəvi dəyərlərə uyğun verilişlər versinlər. Şura telekanalların yaradıcılıq işlərinə qarışa bilmir. Biz bu cür verilişlərin əleyhinəyik. Kommersiya kanalları daha çox gəlir əldə etməyə çalışırlar. Biz insanlara seçim hüququ vermişik. Bu tip verilişlərə baxmasınlar, intellektual, mədəni verilişlərə baxsınlar. Özəl kanallar öz fəaliyyətlərini “Teleradio yayımı haqqında” qanuna uyğun qururlar, qanunda da telekanalların fəaliyyəti üçün hər hansı məhdudiyyət yoxdur. Lakin qanun pozuntusu olanda telekanallardan soruşmuruq, birbaşa öz işimizi görürük”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar