Kürün suyu azalır
09 sentyabr 2013 14:31 (UTC +04:00)

Kürün suyu azalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-120 faizini, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə normanın 50 faizini təşkil edir. 

Sentyabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 113 m3/s, ongünlük normanın 93 faizi həcmindədir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53,0 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir.

Sentyabrın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 1, Şirvanda 5, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Bankədə və Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm, Şirvanda 198 sm, Salyanda 155 sm, Bankədə 221 sm, Araz çayının Novruzlu məntəqəsində isə 56 sm təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420
avatar

Oxşar yazılar