Kürdə süyun səviyyəsi azalır
12 iyul 2013 14:03 (UTC +04:00)

Kürdə süyun səviyyəsi azalır

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

ETSN-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 40-130, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. 



Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 55 m3/s, ongünlük normanın 27 faizinə bərabərdir.

 

Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir.


Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə edilib. Kür çayının Surra məntəqəsində 13 sm, Şirvanda 27 sm, Salyanda 30 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Bankədə isə iyulun 12-də suyun səviyyəsində 12 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 343 sm (2012-ci il iyulun 12-də 443 sm), Şirvanda 193 sm (2012-ci il iyulun 12-də 307 sm ), Salyanda 130 sm (2012-ci il iyulun 12-də 248 sm), Bankədə 229 sm (2012-ci il iyulun 12-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2012-ci il iyulun 12-də 150 sm) təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Oxşar yazılar