Hesablama Palatası Milli Məclisə hesabat göndərdi
09 sentyabr 2013 13:14 (UTC +04:00)

Hesablama Palatası Milli Məclisə hesabat göndərdi

Hesablama Palatasında növbəti  kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a palatadan məlumat verilib. İclasda “Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşundan, “Ümumi Dövlət xidmətləri”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, və ətraf mühitin mühafizəsi” bölmələrindən ayrılan vəsaitlərin və xüsusi vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hacıqabul Suvarma Sistemləri İdarəsi və Pirsaat Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə Dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə “Meliorasiya tədbirləri” paraqrafından ayrılan vəsaitlərin  proqnozlaşdırılması və icrasına dair” və “Şabran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara  dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair” Palata tərəfindən aparılan audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə edilərək qəbul olunub.

 

Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar