Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 10-a gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş meteoroloqu Natiq Musayevin Lent.az-a verilən məlumata görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturun gecə və gündüz 18-23 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 21-24 dərəcə olacaq.
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 10-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti gözlənilir.
Sentyabrın 10-da Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir.