Laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 797 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin 226 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, GEM-in təklifi ilə 290 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Kimyəvi göstəricilərə görə 1509 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub və onlardan 161-də qeyri-kafi göstərici qeydə alınıb: “Mikrobioloji göstəricilərinə görə 9841 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub ki, onlardan da 112-də qeyri-kafi göstərici qeydə alınıb. Toksikoloji göstəricilərə görə 2870, radioloji göstəricilərə 289 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub, onlarda nöqsanlar aşkarlanmayıb”.