Evlərində məişət xidməti göstəril tənha ahıl və əlillərin sayı açıqlandı
19 iyul 2013 16:50 (UTC +04:00)

Evlərində məişət xidməti göstəril tənha ahıl və əlillərin sayı açıqlandı

 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki sosial xidmət müəssisələrində 1 058 nəfər ahıl, əlil və əqli qüsurlu şəxs tam dövlət himayəsində yaşayır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, respublika üzrə 13 min  604 nəfər tənha ahıl və əlilə rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən evlərində sosial məişət xidməti də göstərilir.

 

Onlardan 11 647 nəfəri yaşı 70-dən yuxarı, 1 957 nəfəri isə 70-dən aşağı olan şəxslərdir. Xidmət göstərilənlərdən 8 528 nəfəri şəhərdə, rayon mərkəzi və qəsəbələrdə, 5 076 nəfəri isə kənd yerlərində yaşayanlardır.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar