DSMF təmsilçiləri Türkiyədə
03 iyun 2014 12:09 (UTC +04:00)

DSMF təmsilçiləri Türkiyədə

Mayın 25-dən 30-dək Azərbaycanın 5 dövlət orqanını təmsil edən 10 nəfərdən ibarət nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Səfər “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”na uyğun olaraq idarəçiliyin təkmilləşdirilməsi, dövlət qulluğu sahəsində dəstək və təcrübə mübadiləsinin aparılması məqsədi ilə həyata keçirilib.


Səfərdə DSMF Aparatının Kadr və kadr hazırlığı şöbəsinin müdir müavini Nigar Vahabzadə və əmək pensiyaları şöbəsinin müdir müavini Dürdanə Müslümova iştirak ediblər. Nümayəndə heyətinin tərkibində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Bakı Apelyasiya Məhkəməsinin əməkdaşları da təmsil olunub.


Tədbir çərçivəsində Azərbaycanın dövlət qulluqçuları üçün Türkiyənin təcrübəsini özündə əks etdirən “Dövlət Kadrlar İdarəsinin təşkilati quruluşu, vəzifə və səlahiyyətləri” və “Türkiyədə dövlət qulluğu sistemi” mövzularında təqdimatlar keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar