74 yaşlı Zaur Rzayev sentyabrın 5-i saat 20:50-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından Lent.az-ın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib:
"Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir".
***
10:29
Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın direktoru Zaur Xəlilov məlumat verib.
O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. Məlumata əsasən, Zaur Rzayev bir neçə gün sonra xəstəxanadan evə buraxılacaq.