"Azəriqaz" rəhbərliyi Qaxda vətəndaşları qəbul edəcək
25 avqust 2026 13:55 (UTC +04:00)

"Azəriqaz" rəhbərliyi Qaxda vətəndaşları qəbul edəcək

0

Azəriqaz" İB-nin rəhbərliyi Qax rayonunda vətəndaşları qəbul edəcək.

Lent.az xəbər verir ki, “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov 7) keçiriləcək. Görüşdə Qax və Şəki rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 62

Oxşar yazılar