Təmayül istəməyən şagirdin taleyi necə olacaq? - Valideyn narazılığı -VİDEO
19 avqust 2026 22:23 (UTC +04:00)

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? - Valideyn narazılığı-VİDEO

0

Təmayül siniflərinin tətbiqi, xüsusilə buraxılış sinfində oxuyan şagirdlərin valideynləri arasında narazılığa səbəb olub.

Lent.az-ın məlumatına görə, valideynlər bildirirlər ki, təmayül seçməyən şagirdlərin məktəb dəyişmək məcburiyyətində qalması ali məktəbə hazırlıq dövründə əlavə psixoloji gərginlik yaradır. Təhsil eksperti Məzahir Məmmədli isə qeyd edib ki, təmayülləşmə repetitor asılılığını azaltmaq və təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, şagirdin seçdiyi təmayül üzrə öz məktəbində qrup formalaşmadıqda, həmin istiqamətin olduğu digər məktəbdə təhsilini davam etdirməsi üçün alternativ imkan yaradılır.

Ətraflı APA TV-nin videomaterialında: 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar