Aleksandr Şarovski kimdir?  - Atasının filmlərini izləmədiyi aktyor
09 sentyabr 2026 11:02 (UTC +04:00)

Aleksandr Şarovski kimdir? - Atasının filmlərini izləmədiyi aktyor

0

Xalq artisti Aleksandr Şarovski vəfat edib.

Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir.

-Aleksandr Şarovski kimdir?

Aleksandr Şarovski aktyor, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti. Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəridir.

-Aleksandr Şarovski nə zaman və harada dünyaya gəlib?

Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. 

-Onun təhsil həyatı necə keçib?

1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib.

-Aleksandr Şarovski əmək fəaliyyətinə nə zaman başlayıb?

1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub.

-Teatra gəlmək marağı necə yaranıb?

Şarovski əslində aktyor olmaq istəməyib. Teatra isə sevdiyi qıza görə gəlib. Belə ki, gənclik illərində sevdiyi qız Gənc Tamaşaçılar Teatrında pianoçu işləyib. Şarovski onu daha tez-tez görmək və təəccübləndirmək üçün teatrda özünü sınayıb, truppaya qəbul olunub. həmin qızla evlənib, birlikdə 10 il yaşayıblar və onların bir oğlu dünyaya gəlib. Evlilik bitsə də, Şarovski teatrda qalıb.

-Teatrdan başqa hansı sahədə özünü sınayıb?

O, özünü futbolçu kimi də sınayıb.  “Neftçi”də oynamaq arzusunda olan Şarovski Şarovski Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü olub, Bakının “Dinamo” və “Lokomotiv” komandalarında çıxış edib. 1966-cı ildə aldığı zədədən sonra futbol karyerasını başa vurub.

-Ailə həyatı necə idi?

Atası Yakov Ovseyeviç texniki işçi, anası Yeva Davidovna isə evdar qadın olub. Atası onun heç bir tamaşasına baxmayıb. Anası isə Şarovski artıq tanınmış aktyor olanda ilk dəfə teatra gəlib.

-Şarovski ikinci ailə həyatını kiminlə qurub?

Onun sonrakı həyat yoldaşı Azərbaycanın Xalq artisti Natalya Şarovskayadır. Cütlük eyni teatrda çalışıb. Onların bir oğlu və altı nəvəsi var. Onlar İsraildə yaşayır.

-O, sonrakı illərdə fəaliyyətini harada davam etdirib?

1976-cı ildən isə S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətinə davam edərək əvvəlcə bu teatrda aktyor, 1978–1990-cı illərdə rejissor assistenti, 11 iyun 1991-ci ildən quruluşçu rejissoru kimi çalışıb. 3 fevral 1993-cü ildən 2026 ilədək teatrın baş rejissoru olub.

-Bu illər ərzində neçə səhnədə yer alıb?

O, bu illər ərzində səhnədə 50-dən çox rol oynayıb, 4 kinofilmdə çəkilib, 54 tamaşa qurub.

-Canlandırdığı hansı obrazları tamaşaçılar tərəfindən sevilib?

Onun aktyor rollarından Don Quan (A. S. Puşkin "Kiçik traqediyalar"), Roland (D. Fletçer "Ukroşeniye ukrotitelya"), Rezo (L. Roseb "Premyera"), Eldar (R. İbrahimbəyov "Dom na peske"), Beriya (V. Korkiya "Moy bednıy Soso Cuqaşvili"), Şeyx Sənan (H. Javid "Şeyx Sənan"), Fərxad (S. Vurğun "Fərxad və Şirin"), Qenrix (U. Şekspir "Kral Lir"), Mehmandarov (M. İbrahimbəyov "Neft bumu") kimi yaratdığı obrazları tamaşaçılar tərəfindən sevilib. Həmçinin, "Yarımçıq qalmış mahnı" (1979), "Anın quruluşu” (1980) "Qorxma, mən səninləyəm" (1981) və "Lətifə" (1989) filmlərində çəkilib.

-Quruluşçu rejissor kimi fəaliyyətində hansı ekran əsərləri yer alıb?

Quruluşçu rejissor kimi fəaliyyət yaradıcılığında "Leto i dım" T. Vilyams, "Xoçu kupit muca" M. Zadornov, "Lebedinaya pesnya" A. P. Çexov, "Kin IV" Q. Qorin, "Petlya" R. İbrahimbəyov, "Vtoroy vıstrel" R. Toma, "Çayka" A. P. Çexov, "Teatr" M. Freyn, "Ubiysa" Elçin, "Fərxad və Şirin" S. Vurğun kimi tamaşaları misal gətirmək olar.

-O, hansı ictimai şurada təmsil olunub?

Geniş ictimai fəaliyyəti ilə də tanınan Xalq artisti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasında təmsil olunurdu. O, həm də Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri kimi fəaliyyət göstərib.

-A. Şarovski hansı mükafatlara layiq görülüb?

O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

-A. Şarovski nə zaman dünyasını dəyişib?

Aleksandr Şarovski 9 sentyabr 2026-cı ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar