Bu gecə Azərbaycanın Bərdə şəhərində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yanvarın 29-da yerli vaxtla saat 02:36:57-də Bərdədən 22 km cənub-şərqdə - Bərdə-Ağdaş sərhədində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.10 bal, dərinliyi 32 km olub. Zəlzələ hiss olunmayıb.