APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanunun 43-cü maddəsinə aşağıda redaktədə bənd əlavə olunması təklif edilir: “Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.