Azərbaycan vətəndaşları Türkiyədə dövlət qulluğuna qəbul edilə bilər - YENİLƏNİB
23 yanvar 2014 14:39 (UTC +04:00)

Azərbaycan vətəndaşları Türkiyədə dövlət qulluğuna qəbul edilə bilər - YENİLƏNİB

 “Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsinin önünü açmaq üçün əlimizdən gələni edirik”.


 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu deyib.

 

O bildirib ki,  Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi üçün qarşılıqlı olaraq bu istiqamətdə işləri davam etdirəcəklər: “Türkiyədə xüsusilə səhiyyə sistemində kadrlara böyük ehtiyac var. Bu mövzuda həkimlərin müqavilə əsasında cəlb edilməsinə dair addımlar atırıq. Hazırda Türkiyənin səhiyyə sistemində işləyən azərbaycanlılar var”.

 

Mehmet Ali Kumbuzoğlu Türkiyədə dövlət qulluğuna qəbul sahəsində olan bəzi yeniliklərin Azərbaycanda da tətbiq olunacağının gözlənildiyini söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342
avatar

Oxşar yazılar