Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) valideynlərini itirən uşaqlara baxanlar ilə bağlıdır.
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə elektron informasiya sistemlərində müvafiq məlumatlar olduğu təqdirdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilir.
Avtomatlaşdırılmış təyinatın əhatəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar müvafiq sənədlərlə şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.