Uşaqların I sinfə  qəbulu başlayır
07 aprel 2025 11:07 (UTC +04:00)

Uşaqların I sinfə qəbulu başlayır

1 may saat 11:00 dan etibarən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Bu barədə Lent.az-a MÜTDA-dan məlumat verilib.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar