Üç günlük maqnit qasırğası  PROQNOZU: Sabah daha güclü  olacaq
12 aprel 2025 15:26 (UTC +04:00)

Üç günlük maqnit qasırğası PROQNOZU: Sabah daha güclü olacaq

Növbəti maqnit qasırğası nə vaxt gözlənilir və həftə sonu günəş aktivliyi necə olacaq?

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, aprelin 12-də geomaqnit aktivlik səviyyəsi Kp-index 4 zəif qasırğanı göstərir. Bəziləri yüngül yorğunluq, enerjinin azalması, yuxululuq hiss edə bilər.

Bazar günü, aprelin 13-də Kr-indeksi maqnit pozuntularında nəzərəçarpacaq artımı göstərən 5-6 dəyərlərinə yüksələcək. Baş ağrıları, əsəbilik, konsentrasiyanın azalması və peyk rabitəsi və naviqasiya sistemlərində pozuntular mümkündür.

Bazar ertəsi, aprelin 14-də geomaqnit aktivliyi azalmağa başlayacaq. Kr-indeksi 3-4-ə düşəcək. Narahatlığın qalıq əlamətləri günün birinci yarısında mümkündür, lakin axşama doğru əksər insanların vəziyyəti normallaşır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1778

Oxşar yazılar