Texniki baxış məntəqələrinin iş vaxtı dəyişdirildi
12 fevral 2025 13:32 (UTC +04:00)

Texniki baxış məntəqələrinin iş vaxtı dəyişdirildi

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar