Taksi sürücülərinə 10 saatdan artıq işləmək qadağan edilməlidir -  HÜQUQŞÜNAS
10 aprel 2025 20:23 (UTC +04:00)

Taksi sürücülərinə 10 saatdan artıq işləmək qadağan edilməlidir - HÜQUQŞÜNAS

Xəbər verdiyimiz kimi, bu gün "Bolt" taksi fəaliyyəti ilə məşğul olan "BYD" markalı avtomobil ağır qəza qəza törədib. 

Lent.az xəbər verir ki, qəzanın dəqiq səbəbləri hələ məlum olmasa da hadisənin ətrafında müxtəlif versiyalar səsləndirilir. 

Kimi qəzanı avtomobildə meydana gələn texniki problemlərlə əlaqələndirir, kimi də taksi sürücüsünün sükan arxasında yatdığını iddia edir. 

Qeyd olunur ki, taksi fəaliyyəti ilə məşğul olanlar planı ödəmək üçün yuxusuz qalırlar və buna görə də daha çox çalışmalı olurlar.

Hüquqşünas Şamil Paşayev məhz sonuncu versiyanın üstündə duraraq taksi fəaliyyəti ilə məşğul olan şəxslərin 10-12 saatdan artıq işləməsinə qadağa qoyulmasının vacibliyini dilə gətirib. 

Ətraflı videoda:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4107

Oxşar yazılar