Sabah Qaxın 26 kəndində  qaz olmayacaq
17 aprel 2025 13:13 (UTC +04:00)

Sabah Qaxın 26 kəndində qaz olmayacaq

Sabah Qax rayonunun qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat yayıb.

Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax xidmət sahəsində Qax qazpaylayıcı stansiyasında (QPS) istismara yararsız diametri 200 mm olan boruda siyirtmənin əvəzlənməsi, Turaclı kəndində diametri 250 mm olan boruda siyirtmənin quraşdırılması, Alatəmir kəndində diametri 273 mm olan ortatəzyiqli qaz xəttinin deformasiyaya uğramış hissəsinin əvəzlənməsi ilə əlaqədar aprelin 18-də saat 9:30-dan etibarən şəhər və 26 kəndinin qaz təminatının dəyandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256

Oxşar yazılar