Sabah bir çox universitetdə dərslər onlayn olacaq
23 fevral 2025 20:58 (UTC +04:00)

Sabah bir çox universitetdə dərslər onlayn olacaq

Sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.

Lent.az-ın xəbərinə görə, sabah Xəzər Universiteti, Azərbaycan Texniki Universitet, Sumqayıt Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, UNEC, Azerbaycan Pedaqoji Universitetlərində, Baki Slavyan Universitetində dərslər onlayn keçiriləcəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.

Universitetlərin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq sabah dərsə gələ bilməyən tələbələrə güzəşt ediləcək.

Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2350

Oxşar yazılar