Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
Mayın 03-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında
Mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.